BAKI, 19 may. TELEQRAF
“Bakı tarixən sivilizasiyaların mərkəzlərindən biri olub və ölkə artıq özünəməxsus inkişaf yolu qət edir”.
Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan 49 faizlik yoxsulluq səviyyəsindən 5 faiz yoxsulluq səviyyəsinə yol qət edib:
"Bizim üçün əsas göstərici və meyar vətəndaşların rifahıdır. Bakı və Sumqayıt bu gün ölkənin əsas iqtisadi mərkəzləri kimi çıxış edir. Bu şəhərlər Azərbaycan ÜDM-də əhəmiyyətli rola malikdir".