BAKI, 19 may. TELEQRAF

"Azərbaycan və Belarus prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasındakı əlaqələrin inkişafına yeni təkan verir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, dövlət başçılarının ali səviyyəli görüşləri münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır:

"Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycana etdiyi dövlət səfəri və imzalanmış sənədlər əlaqələrimizə yeni təkan verib. Belarus lideri həmin səfər çərçivəsində işğaldan azad olunmuş Şuşa və Füzuli şəhərlərində də olub, orada aparılan bərpa işləri ilə yaxından tanış olub".