BAKI, 19 may. TELEQRAF
Bu gün şəhərlərdə paylayıcı şəbəkələr artıq yalnız ənənəvi infrastruktur deyil.
Teleqraf xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə WUF 13 çərçivəsindı Azərbaycan pavilyonunda keçirilən "Enerji Sistemlərinin Rəqəmsal Arxitekturası" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, hər bir müasir və komfortlu şəhərin arxasında fasiləsiz, səssiz və məsuliyyətli şəkildə işləyən enerji sistemi dayanır:
"Biz böyük şəhərləri, yolları, ağıllı texnologiyaları və rəqəmsal enerji inteqrasiyasını birləşdirən görünməz şəbəkələrlə əhatə olunmuşuq.
Çətin infrastrukturlar şəraitində biz dünyada etibarlı və səmərəli paylayıcı şəbəkə yaratmağa çalışırıq və hər cür çağırışa cavab verməyə hazır olmalıyıq. Enerji sistemi həyatımızın əsas transformasiya elementlərindən biridir.
Bu regionlar iqtisadi, siyasi və fərdi baxımdan dəyişir. Enerji və müasir modellər kiçik şəhərlərə də yeni enerji həlləri gətirir. Şəbəkənin bütün hissələri texnologiya vasitəsilə bir dairədə birləşir və köhnə ideyalar yeni texnologiyalarla qorunaraq inkişaf etdirilir.
Əsas missiyamız çox aydındır - etibarlı enerji təminatı. İkinci mesajım isə sadə, amma güclüdür: davamlı inkişaf fasiləsiz və ağıllı enerji infrastrukturu ilə başlayır".