BAKI, 19 may. TELEQRAF
“Azərbaycanda enerji səmərəliliyi sahəsində institusional mexanizmlər yaradılıb, o cümlədən Enerji Səmərəliliyi Fondunun təsis edilməsi kimi tədbirlər enerji istehlakının və itkilərin azaldılmasına, resursların daha səmərəli idarə olunmasına və ağıllı şəhər infrastrukturunun inkişafına töhfə verir”.
Teleqraf xəbər verir ki, energetika naziri Pərviz Şahbazov deyib.
Nazir qeyd edib ki, Azərbaycan işğaldan azad edilən ərazilərdə təkcə infrastruktur bərpa etmir, gələcəyin şəhərlərini qurur:
“Ağıllı şəhərlər, ağıllı binalar, yaşıl enerji zonaları, enerji səmərəli infrastruktur və rəqəmsal idarəetmə sistemləri vahid konsepsiya kimi tətbiq olunur. İşğaldan azad olunan ərazilərdə 38 elektrik stansiyası qurulub”.