BAKI, 19 may. TELEQRAF
Bakıda Pakistanın ən böyük əyaləti Pəncabın pavilyonunun açılışı olub.
Teleqraf xəbər verir ki, pavilyonun açılışı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü (WUF13 ) sessiyası çərçivəsində baş tutub.
Açılış zamanı qırmızı lenti Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif kəsib.