BAKI, 19 may. TELEQRAF
Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşıb.
Teleqraf xəbər verir ki, WUF13 çərçivəsində Trabzon və Şuşa şəhərləri arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədi Şuşa rayonunda Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genc imzalayıblar.