BAKI, 19 may. TELEQRAF

“Hazırda 37 ölkədə mənzil təminatı ilə bağlı çətinliklər mövcuddur, bu sahədə kifayət qədər koordinasiya yoxdur”.

Teleqraf xəbər verir ki, bunu İƏİT-nin Şəhərlər, Şəhərsalma Siyasəti və Dayanıqlı İnkişaf Şöbəsinin rəhbəri Aziza Akhmouch
WUF13 çərçivəsində keçirilən “Siyasətdən təsirə: Miqyaslı Mənzil Çatdırılması” adlı sessiyada deyib.

O bildirib ki, 1 milyard yaxın insan rəsmi mənzil qeydiyyatı yoxdur:

“Təminatında ciddi çatışmazlıq mövcuddur. Bu gün Bakıda müzakirə etdiyimiz əsas mövzu mənzil çatışmazlığı və onun həll yollarıdır. Eyni zamanda, iki nəfərdən biri uyğun ev tapmaqda çətinlik çəkir. Bu, qlobal miqyasda ciddi bir məsələdir və dünya birliyi tərəfindən daha çox diqqət yetirilməlidir. Mənzil məsələsi dövlətlərin proritet məsələsi olmalıdır”, - A. Akhmouch qeyd edib.