BAKI, 19 may. TELEQRAF

"Belarus şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması prosesində fəal iştirak edir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, iki ölkə arasında iqtisadi-ticari və sənaye sahələrində mühüm layihələr uğurla reallaşdırılır:

"Bu istiqamətdə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Belarus şirkətlərinin azad edilmiş torpaqlarımızın bərpası işlərinə cəlb olunması və bu prosesdə iştirakı tərəfimizdən məmnunluqla qarşılanır".