BAKI, 19 may. TELEQRAF

“Ölkəmizin rəhbəri Lukaşenkonun tapşırığı ilə biz WUF13 Forumunda iştirak edirik. 45 mindən çox iştirakçının qatıldığı tədbirin möhtəşəmliyini vurğulamalıyıq”.

Teleqraf xəbər verir ki, bunu Belarus Respublikası Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Milli Məclisdə çıxışı zamanı bildirib.

“Bu gün 3 milyarddan çox insan şəhərdə yaşayır, 100 milyondan çox insan aşağı səviyyəli şəraitdə yaşayırlar.

Bu gün başlıca məqsədimiz Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirməkdir. Biz öz tərəfdaşlarımızla dost səviyyəsində danışırıq. Heç şübhəsiz ki, Belarus Respublikasının iştirakı ilə Qarabağda birgə layihələr həyata keçirmək nəzərdə tutulub. Bu layihələrin dəyəri milyard dollarla ölçülüb.

Qeyd etmək istərdim ki, bizim ikitərəfli münasibətlərdə heç bir qapalı mövzu yoxdur”, - spiker bildirib.