BAKI, 19 may. TELEQRAF
Nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi olan Azərbaycanda WUF13 də yüksək səviyyədə təşkil edilib.
Teleqraf xəbər verir ki, bunu Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışında iştirak etdiyini deyərək, burada şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələrin aparıldığını vurğuladı.
O həmçinin qeyd edib ki, Azərbaycan və Belarus liderlərinin şəxsi əlaqələri ölkələrimizin qurumları arasında əməkdaşlığın inkişafına töhfə verir.