BAKI, 13 may. TELEQRAF

Mayın 13-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumatına əsasən mayın 13-ü saat 18:40-18:53 radələrində Şuşa şəhərinə diametri 12-16 mm, Gədəbəy rayonunda isə saat 19:01-19:10 radələrində diametri 11 mm olan dolu düşüb.