BAKI, 26 fevral. TELEQRAF
"Xocalı şəhidlərinin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyir, bütün şəhid ailələrinə və Azərbaycan xalqına səmimi qəlbdən başsağlığı verirəm".
Bunu Teleqraf-a açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib.
"Bu, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ağrısıdır. Allah bütün şəhidlərə rəhmət eləsin, yaralı qəlblərə səbir və qüvvət versin. Azərbaycan xalqı bilməlidir ki, onların dərdi unudulmur və heç zaman unudulmayacaq. 1992-ci ilin 26 fevralında Xocalı soyqırımı oldu. Xocalıda qətlə yetirilmiş 613 günahsız azərbaycanlı qardaşlarımızın kədərini qəlbimizdə hiss edirik. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Prezident Rəcəb Tayyip Erdoğan hər zaman bunu qəti şəkildə bəyan edib",-deyə S.Karakılıç əlavə edib.