BAKI, 18 sentyabr. TELEQRAF
15-17 sentyabr 2026-cı il tarixlərində İordaniya Haşimilər Krallığında İordaniyanın Təhlükəsizlik və Böhranların İdarə olunması Milli Mərkəzi ilə NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavabın Əlaqələndirilməsi Mərkəzinin (EADRCC) birgə təşkilatçılığı ilə “Darb Al-Aman7” təliminin İlkin Planlaşdırma Konfransı keçirilib.
Bu barədə Teleqraf-a FHN-nin Mətbuat xidmətindən bildirilib.
Konfransda Azərbaycan dövlət qurumlarından ibarət nümayəndə heyətinin tərkibində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi rəisinin birinci müavini polkovnik-leytenant Əsmər Salamova iştirak edib.
Qeyd edək ki, tədbirin məqsədi 2027-ci ildə keçirilməsi nəzərdə tutulan "Darb Al-Aman 7" təliminin əsas istiqamətləri və ssenarilərinin müəyyənləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı beynəlxalq əməkdaşlıq və birgə cavab tədbirlərinin əlaqələndirilməsi mexanizmlərinin müzakirəsi olub.