AĞCABƏDİ, 6 fevral. TELEQRAF
ir müddət əvvəl ekosistemin ciddi təhlükə ilə üz-üzə qaldığı Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatında vəziyyət müsbət istiqamətdə dəyişib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, son yağıntılardan sonra ərazidə su ehtiyatlarının bərpası miqrasiya edən çöl quşlarının yenidən bu məkana qayıtmasına şərait yaradıb.
Hazırda təsərrüfat sahəsində ördəklər, gərəflər və digər su quşu növləri müşahidə edilir.
Mütəxəssislərin sözlərinə görə, su-bataqlıq əraziləri yalnız flora və fauna üçün deyil, həm də ətraf mühit üçün vacib əhəmiyyətə malikdir.
Bataqlıqlar bitkilər və torf qatları vasitəsilə böyük həcmdə karbon dioksidi özündə saxlayır və təbii karbon anbarı rolunu oynayır.
Bu xüsusiyyətləri ilə su bataqlıqları iqlim dəyişikliyinin təsirinin azaldılmasında mühüm rol oynayır. Flora və fauna sisteminin tam bərpası üçün isə suyun bu ərazilərdə davamlı qalması vacib hesab olunur.