BAKI, 28 yanvar. TELEQRAF
Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin göstərişlərinə əsasən, 2027-ci il üçün sənəd qəbulunun Həcc ziyarətindən dərhal sonra başlanılması gözlənilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, ötən illərlə müqayisədə bu il Həcc ziyarəti üçün qeydiyyatdan keçənlərin sayı çoxdur.
"Qeydiyyat prosesi bu il çox tez başlanılıb, tez də yekunlaşacaq", - o vurğulayıb.
Qeyd edək ki, Həcc ziyarəti üçün müəyyən edilən kvotanın artıq 65 faizdən çoxu tamamlanıb. Sənəd qəbulu cari ilin fevralın 15-də yekunlaşacaq.