BAKI, 26 yanvar. TELEQRAF
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 711 min elektron arayış verilib.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirlik tərəfindən son illər xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində bir çox e-arayış xidmətləri də yaradılıb.
Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etməyə imkan verir.