BAKI, 13 yanvar. TELEQRAF

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə yanvar ayının pensiyaları ödənilib.

Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin yanvar ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.