BAKI, 22 dekabr. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilənlər sırasında Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti Direktoru Məhəmmədəli Qəribli də var.
Teleqraf xəbər verir ki, uzun illər jurnalist kimi fəaliyyət göstərən Məhəmmədəli Qəribli son bir il yarım ərzində Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti Direktoru vəzifəsində çalışır.
Bu müddət ərzində o, Şirkətlər Qrupunun media müstəvisində rəsmi mövqeyinin ardıcıl və peşəkar şəkildə təqdim olunmasına, media əlaqələrinin sistemli şəkildə qurulmasına rəhbərlik edir.