BAKI, 5 dekabr. TELEQRAF

“Hər iki ölkənin sosial müdafiə nazirliklərinin hədəfləri eynidir. Bu məsələdə sözün əsl mənasında qardaş kimi birlikdə çalışırıq”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə əmək, məşğulluq və sosial sahələrdə eyni hədəflərə malikdir. Sabah ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görüşümüz olacaq: “Həmin görüş üçün texniki heyətlərimiz çox intensiv şəkildə çalışıblar. Bu gün gəldiyimiz nöqtə də həmin zəhmətin nəticəsidir. İki ölkə vətəndaşlarının sosial təminatı ilə bağlı təcrübələrimizi bölüşəcəyik. Təşkilata üzv ölkələrin prezidentləri və əmək nazirləri ilə birlikdə bu istiqamətdə işlərimizi davam etdirəcəyik”, - nazir qeyd edib.