BAKI, 21 avqust. TELEQRAF

Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Zeynalova Sevda Nofel qızına məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.