BAKI, 22 may. TELEQRAF
"Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm".
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurasının İrəvan Qazısının fəaliyyətinin bərpası ilə bağlı iclasında deyib.
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrini, millət vəkillərini, qazıları, səlahiyyətli nümayəndələri, Gürcüstandan gələn qonaqları salamlayıram. Azərbaycan xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edirəm. Allah bizim müstəqilliyimizi daimi etsin!
Burada iştirak edən hər kəsin bizim qələbimizdə böyük rolu olub, gecə-gündüz hər biriniz əziyyət çəkmisiniz. Maddi və mənəvi cəhətdən dəstəyinizi əsirgəməmisiniz. Allah bir daha bizə o müsibətləri göstərməsin!"