BAKI, 16 may. TELEQRAF

"Plastik cərrahlarla bağlı məsələ tam həllini tapıb".

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb.

"42 plastik cərrah müəyyən edilib, onların siyahısı dərc edilib. Bu siyahıdan kənarda qalmış digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində plastik cərrahiyyə dair müəyyən əməliyyatları icra etmələri üçün onlara icazə verilib. Bu məsələ tam həllini tapıb. Bu məsələyə bir də qayıtmaq istəmirəm".