BAKI, 2 may. TELEQRAF

"Şükür Allaha, səhhətim pis deyil. Hələ xəstəxanadayam. Bir aydan artıqdır ki, özəl xəstəxanaların birində müalicə alıram".

Bu sözləri Teleqraf-a açıqlamasında Əməkdar artist Vahid Əliyev deyib.

"Ağciyərimə güclü soyuq olmuşdu. Ürək çatışmazlığından da əziyyət çəkirəm. Allahın köməyi ilə yaxşı olacağam", - V.Əliyev bildirib.

Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabrında infarkt, 2023-cü ilin yanvarında isə açıq ürək əməliyyatı keçirib.

Onun 73 yaşı var.