BAKI, 27 aprel. TELEQRAF

Türkiyədə daha bir zəlzələ olub.

Teleqraf xəbər verir ki, bu barədə AFAD-dan məlumat verilib.

Məlumata görə, yerli vaxtla saat 21:09-da episentri Elazığda olmaqla 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin 11,31 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Yeraltı təkanlar Malatya bölgəsində də hiss olunub.

Dağıntılar və tələfat olmadığı bildirilir.