GÖYGÖL, 19 aprel. TELEQRAF
Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Yolu keçmək istəyən Müzakir Abdullayevi evakuator vurub.
Piyada hadisə yerində ölüb.
Qeyd edək ki, vəfat edən şəxs Gəncənin Səbiskar qəbristanlığında fəhlə kimi çalışıb.
Faktla bağlı araşdırma aparılır.