BAKI, 19 aprel. TELEQRAF

Nərimanov rayonu Ziya Bünyadov prospektində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bununla əlaqədar Ziya Bünyadov prospekti, Koroğlu” metro stansiyası istiqamətində, Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat sıxlığı yaranıb.