BAKI, 18 aprel. TELEQRAF

"Dövlət hesabına təyin olunan vəkilin fəaliyyəti ilə bağlı qaydalarda Vəkillər Kollegiyası məsuliyyət daşıyır. Buna görə də kollegiya tərəfindən daim monitronqlar aparılır. Hüquq pozuntusuna yol verən vəkillər ciddi cəzalandırılır".

Teleqraf xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, hüquqpozmalara yol verilməsi üçün ciddi tədbirlər görülür: "Müqavilə əsasında çıxan vəkillər özləri məsuliyyət daşıyır. Amma dövlət hesabına çıxan vəkillərlə bağlı məsuliyyət Kollegiyanın üzərinə düşür. Buna görə də biz daim monitorinqlər, araşdırmalar aparırıq".

Kollegiya sədri həmçinin qeyd edib ki, ötən il 40 min 600 nəfərə pulsuz hüquqi yardım göstərilib, 1000-dən çox vəkil bu prosesə qoşulub.