BAKI, 18 aprel. TELEQRAF
"Bu gün keçirilən mərasimdə daha 102 namizəd vəkil andı içib və Vəkillər Kollegiyasının üzvü olub".
Teleqraf xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri bildirib.
O qeyd edib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib: “Bu dövrdə imtahanlarda iştirak edən 6070 namizəddən 1728 nəfəri uğurlu nəticə əldə edərək icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içərək kollegiya üzvlüyünə qəbul olunub”.