GƏNCƏ, 12 aprel. TELEQRAF
Gəncədə sürücü avtomobilini işıq dirəyinə çırpıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhərin mərkəzində "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Xoşbəxtlikdən qəza zamanı sürücü yüngül xəsarət alıb və ambulator müalicə üçün evə buraxılıb.
Avtomobilə isə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma başlanılıb.