BAKI, 12 aprel. TELEQRAF

ABŞ Dövlət Departamentinə anti-xristian baxışları olan insanları haqqında hesabat vermək tapşırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

“Departament işçilərin anonim hesabatlar vasitəsilə anti-xristian təəssübkeşliyi nümunələrini toplayacaq”, – nəşr yazır.

Hesabatda şəxsin adı, xristianlığa qarşı atdığı addımın mahiyyəti, tarixi və yeri qeyd olunacaq. Məlumatda adları çəkilən şəxslərin taleyinin necə olacağı barədə məlumat verilmir.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasında anti-xristian baxışları olanlarla mübarizə aparmaq üçün xüsusi əməliyyat qrupu yaradılıb.