GƏNCƏ, 12 aprel. TELEQRAF

Gəncədə sinif yoldaşına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, mübahisə zəminində şəhər sakini Rəşad Nəsrullayvə bıçaqla xəsarət yetirən Seymur İsmayılov saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, hadisə Gəncə şəhəri Cavad Xan qəsəbəsində qeydə alınıb.

***

00:51

Gəncədə mübahisə qanlı dava ilə bitib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

34 yaşlı Rəşad Nəsrullayev bıçaqlanma diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Əməliyyat edilən yaralının vəziyyəti orta ağırdır.

İlkin məlumata görə, R. Nəsrullayevi sinif yoldaşı bıçaqlayıb.