
BAKI, 11 aprel. TELEQRAF
Prokurorluq İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 101 nəfərə məxsus 24 şirkətə qarşı iddia qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Trt Haber" kanalı məlumat yayıb.
Məlumata görə, bundan başqa daha 28 şirkətdə audit yoxlamaları həyata keçiriləcək.
Qeyd edək ki, İstanbul prokurorluğu tərəfindən Əkrəm İmamoğlu və 100 şübhəli barəsində "cinayətkar təşkilat qurmaq və idarə etmək", “cinayət təşkilatının lideri olmaq”, “cinayətkar təşkilata üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi”, “tender saxtakarlığı”, "rüşvət almaq" və "rüşvət vermək" maddələri üzrə cinayət işi başladıb.