BAKI. 12 aprel. TELEQRAF

İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək UFC turnirinin biletləri aprelin 25-də satışa çıxarılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, saat 10:00-dan etibarən biletləri iTicket platformasından almaq mümkündür. UFC Fight Club-un üzvləri biletləri daha tez - aprelin 23-də əldə edə biləcəklər.

Daha əvvəl qeydiyyatdan keçənlər üçün satış aprelin 24-də başlanacaq.

Qeyd edək ki, UFC qarışıq döyüş sənəti üzrə aparıcı beynəlxalq təşkilatdır. 700 milyonluq tamaşaçı və sosial şəbəkədə 300 milyonluq abunəçiyə malik qurum hər il dünyanın nəhəng arenalarında 40-dan çox turnir keçirir. Döyüşlər 170-dən çox ölkənin 950 milyonluq tele-auditoriyasına çatdırılır.

Hazırda UFC 70-dən çox ölkənin ən yaxşı döyüşçülərini özündə birləşdirib.