BAKI, 11 aprel. TELEQRAF
"Almaniyada "Tesla" avtomobil salonlarına siyasi motivli hücumların sayı artıb".
Teleqraf xəbər verir ki, bu barədə yerli "Der Spiegel" jurnalı məlumat yayıb.
Nəşr 16 ştatın polis idarəsi arasında aparılan sorğu əsasında müvafiq məlumatları dərc edib.
Məlumatlara görə, son aylarda bir neçə oxşar hal baş verib. Nəşr qeyd edir ki , Saksoniya federal əyalətində ötən ilin sentyabrından bəri "Tesla" avtomobillərinə və salonlarına ümumilikdə 16 hücum edilib. Drezdendə iki və Leypsiqdə bir yandırma hadisəsi baş verib.