BAKI, 12 aprel. TELEQRAF
"Vaşinqton ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşünü atəşkəsə və Ukraynada yekun nizamlanmaya doğru növbəti addım hesab edir".
Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
"Cənab Uitkof Vladimir Putinlə birbaşa təmaslar üçün Rusiyadadır. Bu, Rusiya ilə Ukrayna arasında yekun sülh razılaşmasına yönəlmiş danışıqlar prosesində növbəti addımdır. Biz inanırıq ki, sülh sazişi üzrə danışıqlarda təsir rıçaqlarımız var və biz bu rıçaqdan istifadə etmək niyyətindəyik", - o deyib.