BAKI, 11 aprel. TELEQRAF
Prezident Vladimir Putin və Amerika liderinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında danışıqlar başa çatıb.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" nəşri məlumat yayıb.
Görüş Sankt-Peterburqda Prezident Kitabxanasının binasında qapalı formatda 4 saat yarım davam edib. Əsas mövzu Ukrayna münaqişəsinin həllinin müzakirəsi olub.
***
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşü başlayıb.
Teleqraf xəbər verir ki, söhbətin mövzusu Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşması və Ukraynada münaqişənin nizamlanmasının bəzi aspektləri olacaq.
Görüş Sankt-Peterburqda keçirilir.