.jpg)
TOVUZ, 27 mart. TELEQRAF
Tovuzda sürücü idarə etdiyi avtomobili aşırıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Aşağı Quşçu kəndində baş verib.
Sürücü Elnur Alızadə idarə etdiyi "VAZ2106" markalı avtomobili aşırıb.
İlkin məlumata görə, hadisəyə səbəb avtomobilin təkərinin partlaması olub.
Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.