
BAKI, 27 mart. TELEQRAF
Azərbaycanda builki Ramazan ayının son Qədr (Əhya) gecəsi qeyd olunub.
Teleqraf xəbər verir ki, insanlar məscidlərə toplaşıb, namaz qılıb, dualar ediblər.
Ramazan ayının əvvəlki qədr gecələri isə 20, 22 və 26 mart tarixlərinə təsadüf edib.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb.
Martın 30-da isə fitr bayramı qeyd olunacaq.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.
Bakıda bu ilin sonuncu Qədr gecəsindən fotoreportajı təqdim edirik: