BAKI, 19 mart. TELEQRAF

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Teleqraf xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

"Martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub", - deyə məlumatda qeyd olunur.