BAKI, 12 Mart. TELEQRAF

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşib.

Bu barədə Teleqraf-a Komissiyanın üzvü, Milli Məclisin deputatı Fazil Mustafa məlumat verib.

O bildirib ki, növbəti toplantı aprelin 9-u keçiriləcək.

Xatırladaq ki, bu il Komissiyanın dörd iclası olub və 500-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, Komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.