BAKI, 28 fevral. TELEQRAF

"Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu"nun yaradılması bizə bu sahədə konkret addımlar atmağa imkan verir.

Teleqraf xəbər verir ki, bunu "Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı bu gün keçirilən brifinqində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

“Burada digər qurumların Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyinin da üzərinə yük düşür. Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin sığınacaqlarla bağlı çox böyük öhdəliyi var. Hər qurumun üzərinə vəzifə düşür. Ən ciddi zorakılıq olan o mühitdə böyüyən uşaqlardır. Orta məktəblərdə psixoloqlara təlim keçməyə başlamışıq. Psixoloqlar zorakılığa məruz qalan uşaqlarla işləyə bilməlidirlər”.

S.Qəhrəmanova həmçinin bildirib ki, alimentin ödənilməməsi iqtisadi zorakılıqdır.