BAKI, 28 fevral. TELEQRAF

"Atamın vəziyyəti çox ağırdır. Onun səhhətində müsbətə doğru heç bir dəyişiklik yoxdur".

Bu sözləri Teleqraf-a Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova deyib.

"Atam hazırda evdədir, son günlərini xəstəxanada yox, evdə keçirməsini istədik", - deyə Xalq artistinin qızı bildirib.

Qeyd edək ki, Ənvər Həsənov bir müddət əvvəl halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunmuşdu. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu və kəskin işemik insult diaqnozu təyin olunub.