Bakı, 25 fevral. TELEQRAF

Sosial xidmət haqqının ödənilməsi qaydası dəyişir.

Teleqraf xəbər verir ki, bu, “Sosial xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, ödənişli sosial xidmətlər və dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmətlər çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, hazırkı redaksiyada yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutulub.
Təklif olunan dəyişiklik isə həmçinin dövlət büdcəsinin vəsaiti hesabına göstərilən ödənişsiz sosial xidmətlər zamanı da subyektlər arasında müqavilə bağlanmasını nəzərdə tutur.