
BAKI, 25 fevral. TELEQRAF
Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı ilə qədər hazır olmalıdır.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib.
“Müvafiq şura fəaliyyət göstərir, konstitusiya üçün konsepsiya hazırlanıb. Hazırda konstitusiyanın yeni mətni üzərində işləyirik, götürülmüş öhdəliyə əsasən, 2026-cı il seçkilərinə qədər hazır olmalıdır”, - Qalyan bildirib.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan fevralın 19-da Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu açıqlayıb.
Erməni mənbələrinə görə, baş nazirin bu təşəbbüsü Azərbaycanın müvafiq tələbi ilə bağlıdır. Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı qeydlərin Ermənistan konstitusiyasından çıxarılmasından gedir. Srbuhi Qalyan bundan əvvəl müvafiq bəndin konstitusiyanın yeni mətnindən çıxarılacağını istisna etməmişdi.