
BAKI, 25 fevral. TELEQRAF
Çernobıl əlillərinin mənzillə təmin edilməsi qaydası dəyişir.
Teleqraf xəbər verir ki, bu, "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiə haqqında" qanuna təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, sözügedən şəxslər müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqan (qurum) və ya bələdiyyə orqanı tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındıqda, yaşayış sahəsi ilə təmin olunacaqlar.
Qüvvədə olan qanuna əsasən, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunur.
Qeyd edək ki, layihə bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.