
Ədliyyə Nazirliyi Penitensiar Xidməti və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi birgə hazırladığı tədbirlər planına əsasən dini maarifləndirmə mövzusunda növbəti tədbir 2 saylı cəzaçəkmə müəssisəsində keçirilib.
Teleqraf.com xəbər verir ki, “Cəmiyyətdə dini dəyərlərin rolu” mövzusunda keçirilən tədbirdə Xəzər Universitetinin müəllimi, ilahiyyatçı Elmin Əliyevin mühazirəsi məhkumlar tərəfindən maraqla qarşılanıb və ona ünvanlanan çoxsaylı suallar ətraflı cavablandırılıb.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin məsləhətçisi Mahir Qəniyev və Penitensiar xidmətin Baş idarəsinin psixoloqu, ədliyyə mayoru Yaşar Şəkiyev tədbirdə iştirak ediblər.
Hacı Zeynalov