Silahlı Qüvvələrimizin nümayəndələri Almaniya və Türkiyədə beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, fevralın 9-dan 13-dək Almaniyanın Oberammerqau şəhərində "Sahib ölkə dəstəyi" kursu, Türkiyənin paytaxtı Ankara şəhərində isə "Kiber məkanın terrorçular tərəfindən istifadəsi" kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.