
“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova” layihəsinin icrasına başlayıb.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihədə məqsəd Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclərimizin Gültəkin Əsgərova kimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Layihə çərçivəsində QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirakı ilə tədbir keçiriləcək.
Tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar, qəhrəmanlığı ilə gənclərimizə örnək olan Gültəkin Əsgərova ilə bağlı qısa məlumatların yer aldığı buklet hazırlanaraq dərc olunacaq.
BƏXTİYAR