Bu gün giriş zamanı məhdudiyyətlərin yarandığı bəzi dövlət saytlarının normal işi artıq bərpa olunub.

Bu barədə Teleqraf.com-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, saytlara girişlə bağlı problem kibertəhlükəsizliyin artırılmasına yönəlmiş profilaktik işlərin aparılması səbəbindən yaranıb.

Hazırda həmin saytlar normal rejimdə çalışırlar.