Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi və “Park Bulvar” AVM birgə insan alveri ilə məlumatlandırma aksiyası keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, aksiyanın məqsədi valideynlərə uşaqlara bu cür problemdən sığortlanmaq üçün təhlkəsiz davranış qaydalarını izah etmək olub.

Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin hazırladığı məlumatlandırma bukletləri paylanıb. “Təmiz Dünya”-nın mütəxəsissləri- psixoloqlar və hüquqşunaslar isə “Park Bulvar” tərəfindən ayrılmış xüsusi yerdə insanlara məsləhətlər veriblər.

Üç saat ərzində həyata keçirilən tədbir zamanı pisxoloq və hüquqşünaslar tərəfindən 297 nəfər məlumatlandırılıb. Eləcə də DİN-in müvafiq qurumu tərəfindən müxtəlif mövzularda hazırlanan mindən çox buklet əhaliyə paylanılıb.

BƏXTİYAR